تبليغاتX
تاریخی - تحلیلی - خبری درباره قاراباغ


Qasım Hacıyev, tarix elmləri doktoru


VII əsrin sonunda Azərbaycanın cənub hissəsi Ərəb Xəlifətinin tərkibinə daxil olmuşdur, şimal hissəsi isə onun itaətində idi. Ölkədə yeni din yayılmışdır – Islam. Əhalinin çox hissəsi bu dini qəbul etmiş, az hissəsi xristian dinini saxlamışdır. Yaranmış vəziyyətdən yararlanaraq, erməni katalikosu İlya xəlif Əbdulməlikə xəbər verir ki, guya Azərbaycanın xristian-albanları ona qarşı qiyama hazırlaşırlar və 705-ci ildə xəlif Alban Apostol Avtokefal kilsəsinin erməni qriqorian kilsəsinin tabeçiliyinə keçməsi haqqında əmr verir. Bundan sonra Qarabağın dağlıq hissəsində xristian-albanların deetnoslaşdırma, konfesional ermənilərin formalaşma prosesi başlamışdır.
Xüsusilə, ermənilərə aid edilən Qarabağ sakinləri haqqında V.L.Veliçko yazırdı: “...səhv olaraq (keçmişə nisbətən) erməni adlandırılan Qarabağ (Albaniya) sakinləri erməni-qriqorian dininə sitayiş etsələr belə, əsilləri dağlı və türk tayfalarından olmuşdur və yalnız 3-4 əsr bundan əvvəl erməniləşmişdilər”.


ادامه مطلب
+ نوشته شده در یکشنبه دهم خرداد 1388ساعت 13:54 توسط قاراباغ |

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyi, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəti haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.
http://human.gov.az

TARİXİMİZİN QAN YADDAŞI
20 Yanvar-Ümumxalq hüzn günü
31 Mart-Azərbaycanlıların soyqrımı günü

Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut)

+ نوشته شده در یکشنبه بیست و یکم بهمن 1386ساعت 14:23 توسط قاراباغ |